- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Gəncədə oğlan voleybolçular arasında Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Respublika turniri keçirilib.
İdman.biz xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası (AVF) və Gənclər İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan yarış yeni istifadəyə verilmiş Gəncə İdman Sarayında təşkil olunub.
Dörd Regional Voleybol Klubunun - Gəncə RVK, Tovuz RVK, Oğuz RVK, Hacıqabul RVK-nin idmançılarının iştirak etdiyi turnirdə Oğuz RVK komandası 1-ci yeri tutub. Turniri izləyənlər arasında AVF-nin baş katibi Faiq Orucov da olub.
Turnirdə iştirak edən komandalara mükafatlar təqdim edilib.
İdman.biz
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.