AZ

Edvards 500 xal həddinə çatdı

“Minnesota”nın hücumameyilli müdafiəçisi Entoni Edvards pley-offda xal sayını 500-ə çatdırdı.

“Football-plus.az” xəbər verir ki, o, bunu 17-ci oyunda bacardı. MBA tarixində yalnız 6 basketbolçu 500 xalı daha tez qazanıb: Maykl Cordan (14 oyunda), Rik Berri, Uilt Çemberlen, Bob Makadu (15), Luka Donçiç, Kərim Əbdül-Cabbar (16). “Minnesota” srağagün pley-offun 2-ci mərhələsinin 2-ci oyununda da “Denver”ə qalib gəldi. Edvards bu oyunda 27 xal, 2 ribaund və 7 məhsuldar ötürmə ilə yadda qaldı.

“San-Antonio”nun mərkəz oyunçusu Viktor Vembanyama isə MBA-da mövsümün ən yaxşı debütantı sayılıb. 20 yaşlı fransalı səsvermədə 495 xal toplayıb. 2-ci yeri “Oklahoma-Siti”nin mərkəz oyunçusu Çet Holmqren (295), 3-cü yeri “Şarlott”un forvardı Brendon Miller (86) tutub.

“San-Antonio” 2023 draftında Vembanyamanı 1-ci nömrə altında seçib. 2023/24 mövsümündə müntəzəm çempionatın 71 oyununda iştirak edən gənc ulduz orta hesabla 21,4 xal toplayıb, 10,6 ribaund edib və 3,9 ötürmə verib. Düzdü, “San-Antonio” Qərb konfransının turnir cədvəlində 14-cü yeri tutaraq pley-offa vəsiqə qazana bilməyib.

7 may
Nyu-York – İndiana 121:117 (27:24, 22:31, 33:32, 39:30)
Seriyada hesab1:0.
DenverMinnesota 80:106 (20:28, 15:33, 25:21, 20:24)
Seriyada hesab – 0:2.
8 may
Oklahoma-SitiDallas 117:95 (23:23, 39:30, 27:26, 28:16)
Seriyada hesab – 1:0.
BostonKlivlend 120:95 (40:34, 19:15, 33:28, 28:18)
Seriyada hesab1:0.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla