AZ

Xabi Alonso: “Keçən ilin ağrısını unutmamışıq”

“Bayer”in baş məşqçisi Xabi Alonso “Roma” ilə Avropa Liqasının cavab yarımfinal oyunundan gözləntilərini paylaşıb.

Arena.az xatırladır ki, İtaliya paytaxtı Romada keçirilmiş ilk oyunda “Bayer” “canavarlar” üzərində 2:0 hesablı inamlı qələbə qazanmışdı.

“Bizi əla bir ab-havada yüksək səviyyəli oyun gözləyir. Avropa Liqasının yarımfinalı böyük hadisədir. Keçən il Bismarkştrassedə azarkeşlərin bizi necə qarşıladıqları hələ də yadımdadır. Bu, inanılmaz idi! Keçən ilin ağrısını unutmamışıq. Bu dəfə azarkeşlərlə birlikdə finala yüksəlməyimizi qeyd etmək üçün düzgün nəticələr çıxarmalıyıq.

Cavab oyunu – həmişə təhlükəli vəziyyətdir. Hətta iki qol üstünlüyü ilə başlasaq belə, bizə qarşı bir qol, oyunu tez bir zamanda çevirə və bütün qarşıdurmanın gedişatını dəyişə bilər. Biz əvvəldən son dərəcə mütəşəkkil olmalıyıq”, – UEFA-nın rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.

Xatırladaq ki, komandalar arasında cavab oyunu bu gün, mayın 9-da Leverkuzenin “Bay Arena” statdionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
arena.az

1Mənbələr