AZ

Müxalifət istefaya çağırdı, Paşinyandan xəbər yoxdur

Ermənistanın baş naziri Nikol Paşinyan "Vətən naminə Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqratın Respublika meydanında minlərlə insanın iştirakı ilə keçirilən mitinqdə səsləndirdiyi bir saat ərzində istefa vermək tələbinə cavab verməyib. 

"Operativ Media" xəbər verir ki, aksiya yerli xəbər portalları tərəfindən real vaxt rejimində yayımlanır.

"Yaxşı, Paşinyandan heç bir bəyanat yoxdur, 20 dəqiqədən sonra nə etməli olduğumuzu deyəcəyəm", - arxiyepiskop Baqrat deyib.

Hökumətin mətbuat xidməti və ya Paşinyan özü hələlik müxalifətin tələblərinə cavab verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
1
Mənbələr
Şərh ()
Bağla