AZ

Moskvada Azərbaycanın faşizm üzərindəki qələbədə roluna həsr olunmuş sərgi açılıb - FOTO

Mayın 9-da Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzinin (VDNX) “Azərbaycan” pavilyonunda 1941-1945-ci illərdə faşizm üzərində Qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, pavilyonda “Faşizm üzərində Qələbədə Azərbaycan SSR-nin rolu” adlı fotosərgi açılıb.

Pavilyonun qonaqlarına Qələbə Gününü öz hərbi əməyi və şücaətləri ilə yaxınlaşdıran Azərbaycan oğul və qızlarından, görkəmli Azərbaycan həkimlərinin, bəstəkarlarının, yazıçılarının, əfsanəvi kəşfiyyatçılarının, tanınmış sərkərdələrinin həyat hekayələrindən danışılıb.

Pavilyonun direktoru Səadət Kadırova tədbir iştirakçılarını faşizm üzərində Qələbə Günü münasibətilə təbrik edib.

“Azərbaycan xalqı döyüş meydanlarında və arxa cəbhədə öz qəhrəmanlığı və əməyi ilə bu qələbəni daha da yaxınlaşdırıb. Bu qələbədə Azərbaycan nefti əsas rol oynayıb. Nasistlər başa düşürdülər ki, Bakını tutmaqla cəbhəni yanacaqla təmin edən əsas arteriyanı kəsə biləcəklər. Azərbaycan xalqı keçmiş Sovet İttifaqının bütün xalqları ilə çiyin-çiyinə dayanaraq faşizmi məğlub edib”.

Səadət Kadırova vurğulayıb ki, Azərbaycan yaxın tarixdə işğalın dəhşətli nəticələrini yaşayıb.

“Bu gün tarixi düzgün qiymətləndirmək həmişəkindən daha vacibdir. Xocalını xatırlasaq, o zaman dinc əhaliyə qarşı törədilən soyqırımın dəhşətli nəticələrindən danışmaq olar. Ona görə də bu gün bizim üçün, azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir. Moskvalılar və paytaxtın qonaqları pavilyonumuza gəlir, tarixi fotoşəkillərə maraqla baxır, adlarını qələbə tarixinə qızıl hərflərlə yazmış Azərbaycan qəhrəmanları haqqında filmlərə baxırlar”, - deyə pavilyon direktoru əlavə edib.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov jurnalistlərə müsahibəsində Azərbaycanın 20-ci əsrin şərinə - faşizmə qalib gəlməsində çox böyük rol oynadığını qeyd edib.

“Hərbi əməliyyatlarda yarım milyondan çox azərbaycanlı iştirak edib. Çox sayda insan hərbi orden və medallara, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanda cəbhə zəhmətkeşləri yorulmadan çalışıblar. Düşməni darmadağın edən tanklarımızı və təyyarələrimizi yanacaqla təmin edən məhz Azərbaycan nefti olub”, - deyə Markov vurğulayıb.

Gün ərzində VDNX-dakı pavilyonunun mərkəzi zalında Azərbaycan kinorejissorlarının Böyük Vətən müharibəsindən bəhs edən filmləri, qəhrəmanların şücaətlərindən bəhs edən müasir sənədli və bədii filmlər nümayiş etdirilib.

Moskvada Moskvada Moskvada Moskvada Moskvada Moskvada Moskvada

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44173
Abdullahianın cəsədi tapıldı - FOTO
32348
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
26614
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24760
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20138
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17744
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15152
Helikopterin qalıqları tapılıb
11760
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11711
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8159
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7922
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6963
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6919
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5910
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5352
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4869
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965