AZ

Pyaniç ilə Şehiç yığmanı tərk etdi

İki təcrübəli futbolçu Bosniya və Hersoqovina yığmasındakı çıxışını dayandırıb.

“Football-plus.az” xəbər verir ki, onlar Miralem Pyaniç ilə İbrahim Şehiçdi.

Hazırda “Şarca”da (BƏƏ) çıxış edən Pyaniç 2008-ci ildən çıxış etdiyi milli formada 115 oyuna 18 qol vurub. Karyerası ərzində “Mets”, “Lion”, “Roma”, “Yuventus”, “Barselona” və “Beşiktaş”da da çıxış edən 34 yaşlı yarımmüdafiəçi qərarı ilə bağlı belə deyib:
“Bosniya və Hersoqovina yığmasında 16 il keçirəndən sonra bu səhifənin bağlandığını elan etməyin vaxtı yetişib. Bu, karyeramda verdiyim ən çətin qərarlardan biri oldu. Amma “artıq kifayətdi” ifadəsini böyük qürur hissi ilə dilə gətirirəm”.


Şehiç də Pyaniç kimi beynəlxalq karyerasını başa vurmaq qərarına gəlib. 35 yaşlı qapıçı “instaqram” hesabında paylaşım edib. O, yığma ilə vidalaşıb və azarkeşlər, ailəsi, dostları və məşqçilərinə təşəkkür edib. Xatırladaq ki, İbrahim 2013-18-ci illərdə “Qarabağ”da oynayıb, Ağdam klubu ilə 5 dəfə Azərbaycan çempionu olub, 3 dəfə isə ölkə kubokunu qazanıb. “Jelezniçar”ın yetirməsi olan əlcək sahibi bu komandada, Türkiyədə “Mersin İdman Yurdu”, “Ərzurumspor” və “Konyaspor”da oynayıb. Hazırda karyerasını “Əl-Xalic”də (Səudiyyə Ərəbistanı) davam etdirən Şehiç 2010-cu ildən çıxış etdiyi milli formada 55 oyun keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla