AZ

Rafiq Hüseynov Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Yenisabah.az xəbər verir ki, 35 yaşlı təcrübəli idmançı Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirinin yarımfinalında qələbə qazanmaqla bu uğura imza atıb.

O, gürcüstanlı Laşa Qobadzeyə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Murad Məmmədov olimpiya lisenziyasına sahib çıxıb.

Hazırda Azərbaycan olimpiadaya 22-ci lisenziyanı qazanıb.


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
50
Mənbələr
Şərh ()
Bağla