AZ

Paşinyan keşiş Baqratı susdurmaq üçün buna əl atacaq

Ermənistanın Baş naziri Nikol Paşinyan radikal müxalifəti və İrəvanda mitinqə başlayan erməni kilsəsinin Tavuş vilayətinin yepiskopu Baqrat Qalstyanı və ona bəzən açıq, bəzən gizli dəstək verən kilsəni susdurmaq üçün İrəvanda yaxın günlərdə tərəfdarlarının mitinq keçirməsinə qərar verə bilər. Bununla Paşinyan hökumət tərəfdarlarının radikalların tərəfdarlarından dəfələrlə çox olduğunu bir daha sübut etmiş olar.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, Paşinyan bir dəfə bu üsuldan istifadə edib: “İstefa şüarlarını yalnız say çoxluğu ilə neytrallaşdırmaq olar. İkinci Qarabağ müharibəsindən sonra radikallar İrəvan küçələrində mitinq və yürüşlərdə istədikləri nəticəni əldə etmədikdən sonra Paşinyan tərəfdarlarının mitinqini keçirdi və say nisbətini ortaya qoydu. Eyni üsuldan bugünlərdə Gürcüstan hökumətini idarə edən Bidzina İvanişvili də istifadə edib. Gürcü müxalifəti hökumətə qarşı mitinq və küçə yürüşləri keçirdikdən sonra İvanişvili, Baş nazir İrakli Kobaxidze ilə birgə izdihamlı mitinq keçirdi və hakimiyyət tərəfdarlarının müxalifəti üstələdiyini göstərdi. Böyük ehtimalla radikalları və kilsəni susdurmaq üçün Paşinyan da İrəvanın mərkəzi meydanında mitinqə üstünlük verəcək”.

Qeyd edək ki, keşiş Baqratın rəhbərlik etdiyi mitinq hazırda davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
33100
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23957
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18512
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14784
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11579
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
11043
Helikopterin qalıqları tapılıb
10795
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7647
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6849
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6254
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5615
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5426
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4540
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4310
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3812
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3251
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
2771
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2298
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2090