AZ

"Qalatasaray"ın keçmiş oyunçusu tutuldu

"Qalatasaray"ın keçmiş oyunçusu Jo Alves Braziliyada saxlanılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu təmsil etdiyi "Amazonas" klubunun heyəti ilə "Ponte Preta" klubu ilə oyuna gedərkən polis avtobusa saxla əmri verib. Daha sonra polislər Alvesi tutaraq şöbəyə aparıblar.

Onun vəkilinin açıqlamasına görə, futbolçu xırda aliment borcuna görə saxlanılıb. Məlumata görə, Alves keçmiş arvadına olan aliment borcunu ödəməyib. Buna görə də, qadın onu polisə şikayət edib.
Qeyd edək ki, 2009-2010-cu illərdə "Qalatasaray" Jo Alvesi "Mançester Siti"dən icarəyə götürüb. Futbolçu iştirak etdiyi 15 oyunda 3 qol vurub. Sezonun sonunda isə yenidən ingilis klubuna qayıdıb.


BiG.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
1
Mənbələr
Şərh ()
Bağla