AZ

Daha bir güləşçimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

OXU24.COM  xəbər verir ki, 35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanmaqla nail olub.

O, yarımfinal mərhələsində gürcüstanlı Laşa Qobadzeyə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl Murad Məmmədov (60 kq) olimpiya lisenziyasına sahib çıxıb.

Beləliklə, Azərbaycan olimpiadaya 22-ci lisenziyanı qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
Mənbələr
Şərh ()
Bağla