AZ

"Turan Tovuz" bəyanat yaydı!

"Turan Tovuz" klubu son baş verənlərlə bağlı bəyanat yayıb. Rekord.az həmin bəyanatın mətnini sizə təqdim edir:

 

Dəyərli “Turan Tovuz” azarkeşləri!

9 illik həsrətdən sonra komandamızın Premyer Liqaya yüksəlməsi hər birimizə sevinc bəxş etdi. Məsuliyyətli yolda geniş və əhatəli inkişaf planı hazırlayaraq Premyer Liqada qalıcı və bütün sahələr üzrə peşəkar klub formalaşdırmağı hədəfləmişik. Bütün işlərin həyata keçməsi üçün öz gücümüz, maliyyə imkanlarımız daxilində əlimizdən gələni əsirgəməyəcəyik. Strategiyamızı, missiyamızı dəfələrlə içtimaiyyətə açıqlamışıq. Məqsədimiz pillə-pillə bütün çatışmazlıqları aradan qaldırıb, gələcəkdə həm akademiyamızın bəhrəsindən yararlanmaq, həm də medallar uğrunda mübarizə aparan komanda formalaşdırmaqdır. Bunun üçün zaman və səbr lazımdır. Cari mövsümün əvvəlində də qarşımıza qoyduğumuz məqsəd Premyer Liqada möhkəmlənmək, təcrübə toplamaq, mərhələli şəkildə bütün sahələrdəki çatışmazlıqlarımızı aradan qaldırmaq olub. Buna baxmayaraq komandamız avrokuboklara vəsiqə qazanmaq şansını sona 5 tur qalmışa kimi davam etdirdi. “Turan Tovuz” azarkeşləri komandalarına bağlılığı ilə seçilib və diqqət mərkəzində olub. Klubumuz həmişə bütün çətinliklərə azarkeşləri ilə birlikdə sinə gərib, məqsədlər uğrunda bir ailə kimi birlikdə addımlayıb. Hər zaman azarkeşlərimizin irad və tənqidlərini anlayışla qarşılayıb nəticə çıxartmağa çalışmışıq. Bildirmək istəyirik ki, klub rəhbərliyi seçdiyi yolun və baş məşqçinin arxasında olacaq.

Gəlin bu çətin və şərəfli yolda birlikdə addımlayaq. Səbrlə, anlayışla komandamızın yanında olaq. Bu yolda mane olanlara imkan və fürsət verməyək. Biz bir ailəyik - birlikdə bütün çətinliklərin öhdəsindən gəlib, daha böyük zirvələri fəth edəcək bir ailə!

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43894
Abdullahianın cəsədi tapıldı - FOTO
31754
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
25590
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24737
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20097
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17569
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15143
Helikopterin qalıqları tapılıb
11735
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11710
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8123
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7666
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6961
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6897
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5907
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5321
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4595
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4458
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3962