AZ

Mikayıl Cabbarovdan 3 lisenziya ilə bağlı PAYLAŞIM

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində 3 lisenziya qazanıb.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov "Facebook" sosial şəbəkəsində paylaşım edib.

O, Azərbaycan güləşçilərinin 11 lisenziya qazandığını qeyd edib: "Bu gün İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində yunan-Roma güləşi üzrə milli komandamızın üzvləri Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Bununla da ümumi lisenziyalarımızın sayı 11-ə çatıb. Güləşçilərimizi və məşqçilərimizi təbrik edir və Olimpiya Oyunlarında uğurlar arzulayırıq”.

Qeyd edək ki, sərbəst güləşçilərimiz 6, yunan-Roma güləşçiləri isə Paris-2024 Olimpiadasına 5 lisenziya qazanıblar.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
1
Mənbələr
Şərh ()
Bağla