AZ

Banqladeşdə qırıcı qəzaya uğradı: Pilot öldü

Banqladeşdə döyüş təlimi təyyarəsinin qəzaya uğraması nəticəsində bir pilot həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə Banqladeş silahlı qüvvələrinin informasiya xidməti məlumat yayıb. "Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus Yak-130 təlim təyyarəsi Çittaqonq şəhərinin Patenqa ərazisində mexaniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Təyyarənin iki pilotu katapult edərək xilas olublar ", - məlumatda deyilir. Üçüncü pilot xəstəxanada dünyasını dəyişib.

Təyyarənin səhər saatlarında Karnaxuli çayına düşdüyü bildirilir. Dalğıclar və yanğınsöndürənlər təyyarəni qaldırmaq üçün çalışırlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
10
Mənbələr
Şərh ()
Bağla