AZ

Neftçalada avtomobil aşıb, xəsarət alanlar var

Neftçalada minik avtomobili aşıb, xəsarət alanlar var. “Report”un Aran bürosunun məlumatına görə, hadisə Həsənabad-Qoltuq avtomobil yolunun kəsişdiyi ərazidə baş verib.

Belə ki, minik avtomobilinin aşması nəticəsində rayon sakinləri - 2005-ci il təvəllüdlü Məmmədov Vaqif Aqşin oğlu, 2006-cı il təvəllüdlü Əliyev Emil Ruslan oğlu və 2005-ci il təvəllüdlü Ağayev Rəsul Xalıq oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
11
Mənbələr
Şərh ()
Bağla