AZ

Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI

Belarus Prezidenti Aleksandr Lukaşenko üçüncü dünya müharibəsinin qarşısını almağa çağırıb.

Publika.az xəbər verir ki, o, bu barədə Minskdə “Belarus xatırlayır” vətənpərvərlik tədbiri çərçivəsində Qələbə abidəsi önünə əklil və gül dəstələrinin qoyulması mərasimində danışıb.

“Biz üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etməliyik. Əks halda, nüvə apokalipsisi qaçılmazdır. Bunun üçün hamımız birləşməliyik”, - deyə dövlət başçısı bildirib.

O, həmçinin qeyd edib ki, bəşəriyyət öz tarixində bir vaxtlar artıq ümumbəşəri şərə qarşı birləşməyi bacarıb və bu, Qələbəyə gətirib çıxarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
120
5
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close

phrase_var_article.rating