AZ

İrəvanda sərxoş sürücü aksiyaçıları əzmək istədi – VİDEO

Ermənistanda “Vətən uğrunda” hərəkatının aksiyası zamanı tam sürətlə Respublika meydanına daxil olan “KAMAZ” markalı yük maşını kütlənin üzərinə sürülüb. 

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan polisinin məlumatına görə, sürücü dayanmaq üçün qanuni tələblərə məhəl qoymayaraq meydançaya çıxıb. O, yük maşınını sərxoş halda idarə edirmiş. 

Sürücü avtoxuliqanlıq maddəsi ilə saxlanılıb və ona cinayət işi açılıb. 

Hadisə nəticəsində ciddi xəsarət alanın olmadığı deyilir. 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
Mənbələr
Şərh ()
Bağla