AZ

Keşiş Baqrat Köçəryanın sözçüsüdür - MMP-dən cavab

Paşinyan xalq tərəfindən seçilib və o, kiminsə birtərəfli tələbi ilə vəzifəsindən kənarlaşdırıla bilməz.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın hakim Mülki Müqavilə Partiyasının deputatı Vaaqn Aleksanyan arxiyepiskop Baqrat Qalstanyanın Baş nazir Nikol Paşinyana istefaya çağırışına niyə rəsmi cavab olmadığı barədə sualı cavablandırarkən deyib. “Ermənistanın legitim Baş naziri Nikol Paşinyan ümumxalq səsverməsi yolu ilə bu vəzifəyə seçilib, Robert Köçəryanın müxtəlif sözçülərinin tələblərinə görə legitim baş naziri vəzifəsindən kənarlaşdırmaq mümkün deyil”, - deyə Aleksanyan bildirib. O, həmçinin əlavə edib ki, hökumət Ermənistanın hər bir vətəndaşına hörmət edir və xalqın verdiyi bütün suallara cavab verir. Qeyd edək ki, İrəvanın mərkəzində etiraz aksiyası keçirən keşiş Baqrat Paşinyana istefa verməsi üçün bir saat vaxt ayırmışdı. Bir saatın tamamında hökumətdən onun çağırışına heç bir reaksiya verilməyib.

Baqrat isə parlamentin müxalif fraksiyaları ilə Paşinyanın impiçmentini müzakirəyə başlayıb və bu məqsədlə Robert Köçəryanın ofisində görüş keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
22
Mənbələr
Şərh ()
Bağla