AZ

İsrail ABŞ-ı İsrail ordusuna silah tədarükünü dayandırmasının nəticələri barədə xəbərdarlıq edib

İsrail qorxur ki, ABŞ-ın ölkəyə silah tədarükünü dayandırmaq qərarı girovların azad edilməsi ilə bağlı HƏMAS ilə danışıqları poza bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.

Materialda deyilir ki, İsrail rəsmiləri ABŞ-ın 1800 2000 funtluq bomba və 1700 500 funtluq bombanın daxil olduğu hərbi yardım paketini dayandırmaq qərarına dair izahat almaq üçün səy göstəriblər.

“Son günlərdə İsrail hökuməti ABŞ-ın Rəfahla əlaqədar tədarükləri dayandırdığını təsdiqlədikdən sonra rəsmilər amerikalı həmkarlarına dərin məyusluq ifadə ediblər”, – deyə portalın mənbələri bildirib.

Onlar həmçinin qeyd ediblər ki, İsrail ABŞ prezidenti Co Baydenin administrasiyasına bildirib ki, İsrail tərəfi təkcə tədarükün dayandırılması qərarından deyil, həm də informasiyanın mediaya sızdırılmasından məyusdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
12
Mənbələr
Şərh ()
Bağla