AZ

Orban: Macarıstan nüvə enerjisi sahəsində Çinlə əməkdaşlıq etməyi planlaşdırır

Macarıstan nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində Çinlə əməkdaşlıqda maraqlıdır. 

"Operativ Media" xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Budapeştdə Çin sədri Si Cinpinlə danışıqlardan sonra jurnalistlərlə görüşündə deyib.

Hökumət başçısı qeyd edib ki, Macarıstan təkcə Çindən əlavə investisiyaların axınına deyil, həm də iki ölkə arasında əməkdaşlığın yeni sahələrində də daxil olmaqla, qabaqcıl Çin texnologiyalarından istifadəyə ümid edir. Bununla bağlı o xatırladıb ki, Macarıstan 50 ildən artıqdır ki, nüvə enerjisini inkişaf etdirir: "Növbəti onilliklərdə ölkədə istehsal olunan bütün elektrik enerjisinin 60-70%-ni təmin edəcəyik".

Budapeştdə aparılan danışıqlar nəticəsində tərəflər 18 müxtəlif sənəd, o cümlədən nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
1
Mənbələr
Şərh ()
Bağla