AZ

“Union”da növbəti məşqçi dəyişikliyi

“Union” rəhbərliyi növbəti məşqçi dəyişikliyini zəruri sayıb.

“Football-plus.az” xəbər verir ki, komandada bu mövsüm ikinci dəfə baş məşqçi istefası qaçılmaz olub.

Almaniya klubu Nenad Byelitsa ilə yolları ayırıb. Artıq 52 yaşlı mütəxəssisin xələfi də müəyyənləşib. Komandaya mövsümün son oyunlarında Marko Qrote rəhbərlik edəcək. O, müvəqqəti baş məşqçi təyin olunub. Yeri gəlmişkən, 51 yaşlı mütəxəssis ötən il də bu vəzifəni icra edib.

“Union” cari mövsümə Urs Fişerin rəhbərliyi altında başlamışdı. O, komandanı tarixində ilk dəfə Çempionlar Liqasına çıxarsa da, ötən ilin noyabrında istefaya göndərilmişdi. Həm bu turnirdə, həm də bundesliqada uğursuz çıxışa görə işdən azad edilən 58 yaşlı isveçrəli mütəxəsisin yerinə təyin olunan Byelitsa da ümidləri doğrulda bilməyib. Berlini təmsil edən komanda hazırda bundesliqada 32 oyuna 30 xalla 15-ci yerdədi. “Union” təhlükəli zonadakı “Köln”ü 6 xal qabaqlayır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla