AZ

QHT qadın və uşaqlar arasında vərəm üzrə maarifləndirmə tədbirləri icra etməyə hazırlaşır - FOTOLAR

Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi regionalarda qadınlar və uşaqlar arasında vərəm üzrə maarifləndirmə tədbirləri icra etməyə hazırlaşır.

QHT.az xəbər verir ki, Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il kiçik qrant müsabiqəsinin qalibi qismində “Regionlarda qadınlar və uşaqlar arasında vərəm xəstəliyinin profilaktikası və ailələrdə vərəm stiqmasının ləğvi istiqamətində maarifləndirmə işi” layihəsinin icrasının hazırlıq mərhələsinə başlayır.

Layihəinin icrası zamanı icma səviyyəsində aparılan vərəm və digər hava-damcı yolu ilə ötürülən infeksion xəstəliklərin profilaktikası, müalicəyə sadiqlik və infeksiyaya nəzarət mexanizmi barədə ailələrdə qadınlar arasında məlumatlılığın artırlması və həmçinin vərəm xəstəliyinin ağır adı ilə bağlı xüsusi ilə təzyiqlərə məruz qalmış, çətin həyat şəraitində olan, və yaxud bu risk altında olan qadınlar arasında stiqma miflərinin əsassız olmasının izah etmək elmə söykənən və elmi əsası olan məlumatların çatdırılması ilə düşüncə tərzinə dəyişiklik edilməsi nəzərdə tutulmuşdur.

Regionalrdan Goranboy, İsmayıllı, Saatlı və Zaqatalada və eləcə də Bakı şəhərində yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzində 5 geniş təlim icra olunacaqdır. Vərəm xəstəliyi, onun yoluxma yolları, müalicənin bu günkü gündə əlçatanlığını və müalicənin elmi-texniki tərəqqinin bu günkü nailiyyətlərinə əsaslanmış potensialı ilə məlumatlar verilərək eyni zamanda da infeksiyaya nəzarət mexanizmləri, müalicəyə bağlılıq kimi əsas komponentlər barəsində diskusiya aparılacaqdır.

Hal-hazırda təşkilat Ailə uşaq və Qadın problemləri üzrə Dövlət Komitəsi ilə birgə bu istiqamətdə layihənin icrası ilə bağlı hazırlıq işləri aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
3
Mənbələr
Şərh ()
Bağla