AZ

Yalnız məşq üçün otaqdan çıxır: “Eurovision” iştirakçısı ölümlə hədələnir

İsraildən olan Eurovision iştirakçısı Eden Qolan bu gün “Eurovision" yarımfinalında çıxış edəcək. 

 

Sfera.az bildirir ki, bütün dünya mediasının diqqəti Eden Qolanın üzərində cəmlənib. 20 yaşlı “Eurovision 2024” müsabiqəsinin iştirakçısı Fələstin tərəfdarları tərəfindən təhdid edilir. Əsas səhnənin yaxınlığında isə terror hücumu təhlükəsi səbəbindən polis dəstələri növbə çəkir.Məşqlər zamanı Eden sarsıntı keçirsə də, özü onu "sındırmaq olma" - deyir.

 

Qeyd edək ki, Qolanın “HƏMAS”ın oktyabrın 7-də törətdiyi terror hücumlarından sonra İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyatı dəstəkləyən mahnı ilə yarışmaya qatılacaqdı. 


Bu isə Fələstin tərəfdarlarının qəzəbinə səbəb olub. Həmin gün müğənninin ailəsi birbaşa təsirlənməsə də, onun yaxınlarını itirən çoxlu dostları var. Dostlarından birinin sevgilisi Nova musiqi festivalında öldürülüb.


İsrail təhlükəsizliyi hətta Eden Qolana otel otağında qalmağı və yalnız məşqlərə getməyi əmr edib. Çünki qıza yüzlərlə hədə-qorxu gəlir. Çərşənbə günü “Hurricane” mahnısının ifasını məşq edəndə o, fitə tutulub. “Eurovision”un əsas səhnəsinə terrorçuların hücum edə biləcəyi barədə də məlumatlar var.

 

Bununla belə, o, tək deyil və ölkəsinin əvvəlki məşhur iştirakçılarının bəzilərindən dəstək alıb.


1998-ci ildə ilk transgender “Eurovision” qalibi olmuş israilli Dana İnternational, "Fələstini HƏMAS-dan azad edin!"-deyə paylaşıb.


1979-cu ildə İsrail qalib gələndə “Süd və Bal” qrupunun bir hissəsi olan Qali Atari də hesab edir ki, başqa bir il olsaydı, Qolanın qalib gəlmə şansı olardı.

 

"Bütün bu il qışqırıqlar, şiddətli etirazlar ilə hər şey çox qorxuludur, lakin Eden bunu çox yaxşı idarə edir"- deyə o bildirib. 

 

Bununla belə, İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024”də həqiqətən də gərginlik hiss olunur. Ağır silahlanmış, pulemyotlu polislər otellərin kənarında keşik çəkir, pilotsuz təyyarələrə quraşdırılmış kameralar isə iştirakçıları dəstəkləmək üçün küçələrə toplaşacaq izdihamı izləyəcək. 

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
5
Mənbələr
Şərh ()
Bağla