AZ

Çadda keçirilən prezident seçkilərinin qalibi açıqlandı

Çadın keçid dövrü prezidenti Mahamat İdriss Debi İtno mayın 6-da Çadda keçirilən prezident seçkilərində qalib gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Seçkilərin İdarə Edilməsi üzrə Milli Agentliyin (Seçki Komissiyası) rəhbəri Əhməd Bartşir səsvermənin ilkin nəticələrini açıqlayarkən bildirib. 

Seçki komissiyasının məlumatına görə, hazırkı dövlət başçısı 61 faiz səs toplayıb. İkinci yerdə 18% səslə baş nazir Xuxe Masradır.

Yekun nəticələrin iyunun 5-də açıqlanması gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
1
Mənbələr
Şərh ()
Bağla