AZ

Avropa Liqasında finalçılar müəyyənləşdi

Bu gün futbol üzrə Avropa Liqasında 2023/2024 mövsümünün yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, hər iki oyun eyni gündə baş tutub və eyni saatda start götürüb.

Bir müddət öncə tarixində ilk dəfə Almaniya çempionluğunu bayram edən “Bayer” İtaliya təmsilçisi “Roma” ilə bu dəfə doğma meydanda üz-üzə gəlib. Leverkuzen təmsilçisi səfərdə inamlı qələbə qazandığı üçün evdə nəinki heç-heçə, hətta minimal fərqlə məğlubiyyət halında da finala yüksələcəkdi. “Roma”ya isə mütləq inamlı qələbə lazım idi. İtaliya təmsilçisi səfərdə buraxılan qolların əvəzini çıxmağa da nail olub. Amma almanlar matçın sonlarında buraxdıqları qolların əvəzini çıxmaqla yenə məğlubiyyətdən xilas ola biliblər. Beləcə, “Bayer” daha bir uğura imza ataraq Avroliqanın finalına yüksəlib.

Digər yarımfinal görüşü isə İtaliyada baş tutub. Burada yerli “Atalanta” komandası Marsel “Olimpik”i qarşılaşıb. Tərəflər Fransada keçirilmiş ilk oyundan heç-heçə ilə ayrılmışdılar. Bu üzdən də cavab matçında qalib gələn tərəf finala yüksələcəkdi. “Atalanta” buna darmadağınla nail olub.

Qeyd edək ki, Avropa Liqasında 2023/2024 mövsümünün final görüşü mayın 22-də Dublindəki “Aviva” stadionunda baş tutacaq. Həlledici oyunda “Atalanta” ilə “Bayer” komandaları üz-üzə gələcəklər.

Avropa Liqası
Yarımfinalın cavab oyunları
9 may

“Bayer” (Almaniya) – “Roma” (İtaliya) 2:2
Qollar: Canluka Mançini, 82-öz qapısına. Yosep Stanişiç, 90+7 – Leandro Paredes, 43-pen; 66-pen.
Baş hakim: Danni Makkeli (Niderland).
Leverkuzen. “BayArena” stadionu.
İlk oyun – 2:0.

“Atalanta” (İtaliya) – “Olimpik” (Marsel, Fransa) 3:0
Qollar: Ademola Lukman, 30. Matteo Ruggeri, 52. Əl-Bilal Ture, 90+5.
Baş hakim: Xesus Xil Mansano (İspaniya).
Berqamo. “Geviss” stadionu.
İlk oyun – 1:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla