AZ

Plan işə yaradı: Rus hərbçilərə ağır zərbə

Pentaqon rəsmiləri Rusiya hərbçilərinin Ukraynadakı döyüş meydanında icazəsiz Starlink internet terminallarından istifadə etməsinin qarşısını almaq üçün İlon Maskın "SpaceX" şirkəti ilə işləyir.

Teleqraf.com "Bloomberg"ə istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin kosmik siyasət departamentinin rəhbəri Con Plum deyib.

"Hazırda biz Rusiyanın Starlinkdən istifadəsinə qarşı uğurla mübarizə apardıq, çarəni tapdıq, amma mən əminəm ki, Rusiya Starlink və digər kommersiya kommunikasiya sistemlərindən istifadə yollarını axtarmağa davam edəcək. Bu, problem olaraq qalacaq".- deyə Plum fikirlərini tamamlayıb.


Müəllif: Pərvin Cəfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla