AZ

Qətl şübhəlisi kimi axtarılan Türk Polşada tutulub

Almaniyada qətl şübhəlisi kimi axtarışda olan Türkiyə vətəndaşı Polşada Katovitse-Antalya reysini yerinə yetirməyə hazırlaşan müntəzəm reysdə polis tərəfindən yaxalanıb.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Polşanın cənubunda yerləşən Katovitse hava limanı kino kimi bir əməliyyata səhnə olub.

Almaniyanın paytaxtı Berlində mübahisə etdiyi şəxsi bir çox yerdən bıçaqlayaraq ölümünə səbəb olan Mehmet A. (37) adlı Türkiyə vətəndaşı gecə saatlarında Polşaya qaçıb.

Səhər saatlarında Türkiyəyə Katovitse-Antalya reysini yerinə yetirməyə hazırlaşan planlı reysə bilet alan şübhəli, barəsində axtarış qərarı olmadığı üçün heç bir problem olmadan təyyarəyə minməyi bacarıb.

Almaniya tərəfindən çağırılan Polşa Sərhəd Mühafizəsinə Mehmet A.-nın qətldə şübhəli bilinərək axtarışda olduğu və onun barəsində Avropa həbs qərarı çıxarıldığı bildirilib.

Polşa Sərhəd Mühafizə qrupları havaya qalxmağa hazırlaşan təyyarəni dayandıraraq  Mehmet A.-nı yaxalayıb.

Prokurorluqda işi davam edən şübhəlinin yaxın saatlarda Almaniyaya ekstradisiya ediləcəyi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
Mənbələr
Şərh ()
Bağla