AZ

Tramp Baydeni DEBATA ÇAĞIRDI: "Co, gəl mübahisə edək"

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı lider Co Baydeni Ağ Evdə debat keçirməyə dəvət edib.

Publika.az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsində yayımlanan videomüraciətində məlumat verib.

Tramp görüşün Vaşinqtonda, Ağ Evdə və ya Nyu Yorkda keçirilə biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bu, radikal solçu faşistlərdən Trampa qarşı seçkiyə müdaxiləni dayandırmağı tələb edir.

Keçmiş Amerika lideri əlavə edib ki, debat zamanı Baydenlə miqrantlar problemi, iqtisadiyyatın tənəzzülü, inflyasiya və enerji xərclərini müzakirə etmək istərdi.

“Hər zaman, hər yerdə, hər məkanda. Gəl, Co. Gəl mübahisə edək!" – Tramp çağırış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
1
Mənbələr
Şərh ()
Bağla