AZ

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Manuela

Rimini, 10 may, AZƏRTAC

ADA və Bolonya universitetlərinin əməkdaşlığı ilə reallaşan “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı kənd təsərrüfatı sahəsinə yeni yanaşmanı əhatə edir.

Bunu AZƏRTAC-a müsahibəsində İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi deyib.

“Rimini şəhərində keçirilən “MacFrut 2024” beynəlxalq sərgisində Azərbaycan ilk dəfə iştirak edir və möhtəşəm stendlə təmsil olunur. Burada kənd təsərrüfatı və meyvə-tərəvəz məhsulları, ümumilikdə qida-dəyər zəncirinin müxtəlif formaları nümayiş edilir. Sərgidə ADA və Bolonya universitetlərinin əməkdaşlığı, “MacFrut” Akademiyasının dəstəyi ilə keçirilən “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramının iştirakçısı olan şirkətlər də iştirak edir. ADA və Bolonya universitetlərinin əməkdaşlığı kənd təsərrüfatı sahəsinə yeni yanaşmanı əhatə edir və bu sahədə ixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verəcək”.

Manuela Traldi layihənin biznes imkanlarına yeni yanaşmanı ehtiva etdiyini və İtaliya-Azərbaycan əlaqələrində də xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, həm İtaliya, həm də Azərbaycan kənd təsərrüfatı, o cümlədən qida sənayesi və tərəvəz məhsullarının istehsalı sahəsində ixtisaslaşıb. Bu da birgə əməkdaşlığı daha da genişləndirməyə imkan yaradacaq.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Rimini

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
50
Mənbələr
Şərh ()
Bağla