AZ

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

ADA

Rimini, 10 may, AZƏRTAC

ADA və Bolonya universitetlərinin “MacFrut” Akademiyasının dəstəyi ilə həyata keçirdiyi “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı bağçılıq və əkinçilik sahələrində multidissiplinar yanaşmanı özündə ehtiva edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində sertifikat proqramının elmi koordinatoru, İtaliyanın Alma Mater Bolonya Universitetinin dosenti Luka Dondini deyib.

O bildirib ki, İtaliya-Azərbaycan Universiteti layihəsi üzrə ADA Universitetinin Bolonya Universiteti ilə əməkdaşlığı çərçivəsində kənd təsərrüfatı və qida elmləri istiqamətində müxtəlif layihələr həyata keçirilir. “Dayanıqlı bağçılıq sistemləri” mövzusunda birgə sertifikat proqramı da həmin layihələrdən biridir. İtaliyanın və Azərbaycanın şirkətləri qoşulduğu proqram bağçılıq sistemi sahəsində təcrübə mübadiləsini artırmaq məqsədi daşıyır, bu sahədə multidissiplinar yanaşmanı - bağçılıq və əkinçilik sahələrində qabaqcıl təcrübə və yeni elmi praktikanı özündə ehtiva edir. Proqramın ilk modulu Bakıda keçirilib, İtaliya və Azərbaycan şirkətlərinin iştirakı ilə Bağçılıq sərgisi təşkil olunub. Sertifikat proqramının son modulu isə Bolonyada keçirilib, iştirakçılar burada italyan şirkətlərinin bu sahədə tətbiq etdiyi yeni texnologiyalarla tanış olub, bu gün isə İtaliyanın bağçılıq üzrə ən mühüm sərgilərindən olan “MacFrut”da iştirak edirlər.

Bolonya Universiteti ilə əməkdaşlıq çərçivəsində ADA Universitetində Kənd təsərrüfatı və qida elmi fakültəsi açıldığını xatırladan Luka Dondini deyib ki, yeni təsis edilən bu fakültə də “MacFrut”dakı Azərbaycan pavilyonda yer alıb. Bu da hər iki universitetin kənd təsərrüfatı və qida elmləri üzrə təhsil sahəsində əməkdaşlığa verdiyi önəmin göstəricisidir.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Rimini

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
1
Mənbələr
Şərh ()
Bağla