AZ

Abdullahian BMT-dən yəhudi dövlətinə təzyiqi artırmağı tələb edib - » AzadMedia.az


ABŞ-ın Qəzza zolağında atəşkəs, o cümlədən cənubundakı Rəfah şəhərində hərbi əməliyyat üçün İsrailə təzyiq etməməsinin ağır nəticələri olacaq.

Azadmedia.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı bildirib.

Belə ki, “Əgər ABŞ Netanyahuya atəşkəslə razılaşmaq üçün təzyiq göstərməsə və heç bir şəkildə Rəfahda yeni cinayətlərə müdaxilə etməsə, o zaman müharibənin tərəfdarları dəhşətli nəticələrlə üzləşəcəklər", - deyə o bildirib.

Həmçinin İranlı nazirin sözlərinə görə, Ağ Ev İsrail rejiminə təzyiq göstərməyi və müharibəni dayandırmağı və ya regionda böhran və gərginliyin yeni səviyyəsinə keçməyi seçməlidir.

Qeyd edək ki, Abdullahian həmçinin BMT-dən yəhudi dövlətinə təzyiqi artırmağı tələb edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
1
Mənbələr
Şərh ()
Bağla