AZ

Rusiyadan daha bir hücum: Ukrayna təfərrüatları açıqladı

Mayın 10-na keçən gecə Rusiya ordusu Ukraynaya növbəti hücümunu edib.

Bakıvaxtı.az bu barədə UNİAN-a istinadla xəbər verir.

Məlumata görə, hücuç zamanı Şahed-131/136 tipli hücum dronlarından və S-300/S-400 zenit-raket komplekslərindən istifadə olunub.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk bildirib ki, Rusiya hələ də işğal altında olan Krımdan 10 hücum pilotsuz təyyarəsini işə salıb, həmçinin Belqorod vilayətindən iki raket atıb. Onun sözlərinə görə, Xerson, Nikolayev və Odessa vilayətləri daxilində 10 pilotsuz təyyarə məhv edilib.

“Döyüş işləri nəticəsində Hərbi Hava Qüvvələri və Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qruplarının bölmələri 10 hücum PUA-nın hamısını məhv edib...”, - deyə o qeyd edib.

Murad Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla