AZ

“Neftçi” yarımcan “Kəpəz”in öhdəsindən gələ biləcəkmi? - YENİLƏNİR

Bu gün Misli premyer-liqasında 34-cü tura start verilir.

Üç günü əhatə edəcək turun açılış matçı “CBC Sport” vasitəsilə canlı yayınlanacaq.

Misli premyer-liqası
4-cü dövrə, 34-cü tur
10 may
Neftçi – Kəpəz

“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 29:+17=6-6, 53:23.
1992/93 – 2:1, 2:0; 1993/94 - -:+*; 1994/95 – 0:0; 1995/96 – 3:2, 2:3**; 1996/97 – 2:0; 1997/98 – 0:1; 1998/99 – 1:3, 3:0; 1999/2000 – 3:1; 2000/01 – 1:0; 2001/02 – 2:0, 0:0; 2003/04 – 3:0; 2004/05 – 2:0; 2005/06 – 1:2; 2010/11 – 6:2; 2011/12 – 2:0; 2012/13 – 4:1; 2015/16 – 0:0, 2:3; 2016 /17 – 2:0, 0:0; 2017/18 – 0:0, 1:0; 2022/23 – 5:2, 2:2; 2023/24 – 2:0.
* - texniki nəticə top fərqinə daxil edilməyib.
** - neytral meydanda keçirilib.
Cəzalılar: Yuri Matias (Neftçi), Rüfət Əhmədov, İqor Rodriges, Olavale Onanuqa, Martins Junior (hamısı “Kəpəz”).
“Futbol+”in proqnozu: 40-30-30.
Bakı. “Neftçi Arena”. Saat 19.00.

Nəinki ötən həftənin, cari mövsümün ən qalmaqallı komandası “Neftçi”di. Ona görə ki, paytaxt klubu əzəli rəqib “Qarabağ” bir yana, başqa rəqiblərlə oyunlarda da sərfəli nəticə qazana bilmir. “Ağ-qaralar” “Zirə”yə məğlubiyyətin (1:3) acığını “Turan Tovuz”dan yenicə çıxmışdı ki (3:0), “Qarabağ”ın silləsiylə (0:5) yenidən başı gicəlləndi.

İş o həddə çatıb ki, bakılılar avrokuboklara yollanmamaq təhlükəsiylə üz-üzədi. 5-ci pillədə qərarlaşan komandanın qələbəyə hava-su kimi ehtiyacı var. Hər xalın qızıl dəyərində olduğu dönəmdə bir oyundakı heç-heçə belə yuxarı sıralardakı komandaların ilk “dördlük” hədəfinə ciddi təsir edə bilər. Belədə “Neftçi”nin nəyin bahasına olur-olsun “Kəpəz”i yenmək istəyəcəyinə şübhə yoxdu. Hər halda, son üç turun nəticələri həm də Bojoviçin gələcəyinə işıq salacaq.

“Kəpəz”ə gəlincə, yuxarıdakı cəzalılar siyahısı mənzərəni yetərincə dəqiq izah edir. Lakin problem bununla yekunlaşmır. Çünki əsas heyət üzvlərindən Georgi Papunaşvili ilə Vüsal Mənsimovun müalicəsi davam edir. Amil Yunanovun məşqlərə qoşulduğunu bilsək də, meydana çıxıb-çıxmayacğı dəqiq deyil. Görünür, Adil Şükürovun komandası mövsümün ən çətin sınaqlarından birinin öhdəsindən gəlməyə çalışacaq.

1. Qarabağ 33 24 4 5 90-32 76
2. Zirə 33 14 10 9 31-21 52
3. Sabah 33 15 7 11 47-38 52
4. Sumqayıt 33 13 12 8 34-35 51
5. Neftçi33 14 8 11 43-38 50
6. Səbail33 11 9 13 49-54 42
7. Turan Tovuz 33 11 9 13 48-49 42
8. Kəpəz33 9 8 16 38-60 35
9. Araz-Naxçıvan 33 9 8 16 29-45 35
10. Qəbələ 33 5 5 23 26-63 20


Bombardirlər: Olavio Juninyo (Qarabağ) - 17, Aleksandr Ramalinqom (Səbail) - 14.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla