AZ

Avropa İttifaqı Gürcüstana 30 milyon avroayıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Avropa İttifaqı (Aİ) Avropa Sülh Fondu çərçivəsində Gürcüstana 30 milyon avro ayıracaq.

Banco.az xəbər verir ki, bu barədə Gürcüstanın “Azadlıq” radiosunun avropalı redaktoru Rikard Jozviak məlumat verib. 

"Aİ səfirləri bu gün Ukraynaya silahların ödənilməsi üçün istifadə edilən büdcədənkənar mexanizm olan Avropa Sülh Fondu vasitəsilə Gürcüstana 30 milyon avroluq yardım üçün yaşıl işıq yandırdılar", - deyə qeyd olunub.
 
Məlumata görə, mayın 7-də Brüsseldə Gürcüstandakı vəziyyətlə bağlı debat təşkil olunub. Debatda Aİ-nin 26 ölkəsindən olan səfirlər məsələ ilə bağlı narahatlıqlarını ifadə ediblər, lakin Macarıstan münasibət bildirməyib.

Qeyd olunub ki, Aİ tezliklə Gürcüstandakı “xarici təsir” qanunu ilə bağlı bəyanat verə, həmçinin Avropa Komissiyası tərəfindən qanununun Aİ-yə üzvlük meyarlarına uyğunluğuna dair yeniləmə ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
Mənbələr
Şərh ()
Bağla