AZ

Tbilisidə polis rusiyayönlü qanuna etiraz edən Rusiya vətəndaşını həbs etdi...

Tbilisi polisi Rusiya vətəndaşı Andrey Rautberqi saxlayıb, o, xarici agentlər haqqında qanuna qarşı keçirilən aksiya zamanı təhlükəsizlik əməkdaşına hücum etməkdə və videokameraları zədələməkdə ittiham olunur.
 
Mayın 10-na keçən gecə Tbilisidə təhlükəsizlik qüvvələri Belqoroddan olan Andrey Rautberqi saxlayıb. Onların sözlərinə görə, gənc etirazçılarla birlikdə aksiya zamanı müşahidə kameralarının zədələnməsinə qatılıb.
 
Moderator.az xəbər verir ki, bu haqda  "Qruziya Online" nəşri məlumat yayıb .
 
Polis onu Gürcüstan Cinayət Məcəlləsinin 187-ci (şəhər əmlakına ziyan vurma) və 353-cü (polis əməkdaşına hücum) maddələri ilə ittiham edib və onu 7 ildən 11 ilə qədər həbs gözləyir.
 
Rautberqin yaşadığı mənzildə axtarış zamanı onun mitinqdə geyindiyi bütün avadanlıq və paltarlar götürülüb.
 
Axtarış zamanı polisdən başqa hökumətyönlü media nümayəndələri də olub və baş verənləri lentə alıblar. Nəşr yazır ki, daha sonra hökumətyönlü “İmedi” telekanalında “6 saylı həbs edilmiş cinayətkar” adlandırılan Rautberqin həbsi barədə məlumat yayılıb.
 
“Sota” xəbər verir ki, Andrey Rautberq Rusiya vətəndaşıdır, səfərbərlik zamanı Belqorodu tərk edib.
 
S.Laçın

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla