AZ

“Azərbaycana fəda edilmiş şərəfli ömür”

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçirilib. Unudulmaz dahi şəxsiyyətin mənalı həyat yolundan, zəngin və çoxşaxəli irsindən bəhs edən “Azərbaycana fəda edilmiş şərəfli ömür” adlı geniş videomaterial bu sıradandır. 

Kitabxanadan “XQ”yə bildirilib ki, vi­deomaterial ulu öndərin 1969–1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördü­yü tarixi əhəmiyyətli işlər haqqında geniş məlumatla başlanır. Materialda Heydər Əliyevin uzaqgörən siyasəti ilə milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımızın öz təbii sərvətlə­rinin tam sahibinə çevrilməsi, qısa müd­dətdə ölkəmizin inkişafına güclü təkan verən resursları əldə etməsi, Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması, təhsil, iqtisadiyyat, sə­hiyyə, mədəniyyət kimi sahələrdə köklü islahatların həyata keçirilməsi, demokra­tik, müstəqil, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması, ölkəmizin beynəlxalq siyasi müstəvidə tanıdılma­sı istiqamətində olan uğurlu fəaliyyəti haqqında məlumatlar öz əksini tapır. Bu­rada Ulu öndərin müsahibələrindən fraq­mentlər də təqdim edilib.

Materialda bu il 20 illiyini qeyd edən Heydər Əliyev Fondunun fəaliyyət is­tiqamətləri, həyata keçirdiyi layihələr barəsində geniş bilgilər verilib. Bundan əlavə, 2023-cü ildə kitabxanada Ulu öndərin 100 illiyi ilə əlaqədar həyata keçirilmiş “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsin­də Ümummilli liderə həsr edilən elektron məlumat bazasına əlavələr edilməklə yeni bölmələr artırılıb. Mətnlər bir neçə dildə səsləndirilib. “Kitablar”, “Dövrü mət­buat nümunələri”, “İzomateriallar”, “Elekt­ron resurslar” kimi bölmələrin materialları yeni təsvirlər və məlumatlarla daha da dolğunlaşdırılıb. 

Silsilə materiallarla onlayn formatda kitabxananın rəsmi veb saytı vasitəsilə tanış olmaq mümkündür.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
Mənbələr
Şərh ()
Bağla