AZ

Netanyahu Bayden ilə fikir ayrılıqlarının aradan qaldırılmasına ümid edir

Bakı. Trend:

Ümid edirəm ki, ABŞ prezidenti Co Baydenlə Qəzza zolağındamüharibə ilə bağlı fikir ayrılıqlarını aradan qaldırabiləcəyik.

Trend bu barədə İsrail KİV-lərinə istinadən xəbər verir ki, bunuİsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Biz tez-tez razılaşırdıq, amma fikir ayrılıqları da var idi.Biz onların öhdəsindən gələ bildik. Ümid edirəm ki, indi onlarıaradan qaldıra bilərik. Ölkəmizi qorumaq üçün lazım olan hər şeyiedəcəyik", - Netanyahu qeyd edib.

Qeyd olunub ki, daha əvvəl ABŞ prezidenti Co Bayden xəbərdarlıqedib ki, İsrail hərbçirləri Rəfah şəhərinə tammiqyaslı hücumabaşlayacaqları təqdirdə, ABŞ İsrailə silah tədarükünüdayandıracaq.

Netanyahu buna cavab olaraq əlavə edib ki, ABŞ-nin silahtədarükünün dayandırılması ilə bağlı təhdidlərinə baxmayaraq Rəfahəməliyyatından imtina etməyəcək.

Xatırladaq ki, bu yaxında İsrail KİV HƏMAS-la əsir mübadiləsibarədə razılıq əldə olunmayacağı təqdirdə İsrailin Rəfaha quruhücumu başladacağına dair məlumat yayıb.

İsrail ordusu Rəfaha hücum üzrə hazırlığı başa çatdırıb. İsrailordusunun baş qərargah rəisi, general-leytenat Herzi Halevi aprelin29-da əməliyyat planını təsdiqləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla