AZ

Keçmiş məhkum yenə narkotikə görə saxlanıldı

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və satışının qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elvin Hacıyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə və yaşadığı ünvana keçirilən baxış zamanı ümumi çəkisi 2 kiloqram 500 qramdan artıq olan psixotrop maddə metamfetamin və marixuana aşkarlanıb

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
13
Mənbələr
Şərh ()
Bağla