AZ

Qəzza tanınmaz halda...

Qəzzanın şimal bölgəsi tamamilə dağıdılıb.

Bakupost.az xəbər verir ki, Qəzzanın şimalında havadan, qurudan və dənizdən qanlı hücumlar həyata keçirilib. Bu hücumlar bölgəni tanınmaz hala salıb.

İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 944-ü uşaq, 9 min 849-u qadın olmaqla 34 min 654 fələstinli həlak olub, 77 min 908 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Digər tərəfdən, İsrail ordusunun gecə boyu Qəzza zolağının bir çox bölgəsini havadan bombaladığı bildirilib.
Fələstinin rəsmi agentliyi WAFA tərəfindən yayımlanan xəbərdə İsrailin Qəzza zolağına hücumlarını 217-ci gündür davam etdirdiyi qeyd edilib.

Xəbərdə İsrail döyüş təyyarələrinin Qəzza şəhərində bir çox yaşayış məntəqəsini bombaladığı, şəhərin Yarmuk küçəsindəki bombalanmış evdə 3 nəfərin cəsədinin və 5 yaralının tapıldığı bildirilib.


Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla

Reytinq