AZ

“Qorbaçov qorxurdu ki, Heydər Əliyev onu əvəz edə bilər“ - Leonid Kalaşnikov

“Heydər Əliyev siyasətçi kimi bir neçə ömür yaşayıb. Onun siyasi həyatının ilk hekayəsi onun bir çox parlaq layihələr həyata keçirdiyi Moskva ilə bağlıdır. Sonra getdi və bir müddət sonra onun üçün həyatının ikinci siyasi səhifəsi açıldı - artıq Azərbaycanda idi. Əlbəttə, Heydər Əliyev haqqında hamı bilir, hamı onu xatırlayır. Üstəlik, çoxlarını maraqlandırır ki, Qorbaçov Heydər Əliyevlə niyə belə ədalətsiz davranıb? Çünki başa düşürdü: o, təkcə vəzifədə Qorbaçovu əvəz etməyə deyil, Sovet İttifaqını, onun dövlətçiliyini qoruyub saxlamağa qadir adamdır. Heydər Əliyev çox istedadlı insandır. Tarixdə azdır belə insanlar.Ona görə də onun kimi əfsanəvi şəxsiyyətlər, siyasi xadimlər hər zaman xatırlanır. Qriqori Romanov, Pyotr Maşerov və Heydər Əliyev: bunlar Sovet İttifaqına rəhbərlik edə biləcək insanlardır. Ona görə də Qorbaçov Heydər Əliyevi vəzifəsindən uzaqlaşdırdı”.

News365.az  xəbər verir ki, bunu Heydər Əliyev haqqında Rusiya KİV-lərinə danışan Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov deyib. O bildirib ki, artıq Qorbaçov tərəfindən “təqaüdə göndərilən” Heydər Əliyeviç vətəndaş müharibəsindən yana Azərbaycan Respublikasına qayıtdı:

“O, İttifaqın dağılmasından sonra yeni müstəqillik əldə etmiş ölkəsində vətəndaş müharibəsini dayandırdı. O, Azərbaycana yeni nəfəs, həyat, bu gün çiçəklənən dövlət verdi. Heydər Əliyeviçlə şəxsən tanış olmasam da, belə bir görkəmli siyasətçi ilə işləmək arzusunda olmuşam”.

“Bir dəfə Azərbaycana səfərlərimin birində pravoslav keşişi xüsusi bir əhvalat danışdı. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdanda mübaliğəsiz Bakının küçələrində quldurlar dolu idi. Bir gün Heydər Əliyev pravoslav keşişinin yanına gəlib dedi:

“Rus icmasını toplayın və onlara deyin ki, respublikadan çıxmasınlar. Axı bu, bizim “qızıl fondumuz”dur. Qoy qalsınlar”.

Heydər Əliyeviç ölkədəki bütün millətlərin nümayəndələri ilə bu cür danışırdı”.

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
Mənbələr
Şərh ()
Bağla