AZ

Ağdam Qarabağın ən böyük şəhərlərindən birinə çevriləcək

Ağdam qəhrəman şəhərdir, Birinci Qarabağ müharibəsindəki döyüşlərdə ən çox itki verən bölgələrimizdəndir.

Politoloq Elxan Şahinoğlu bunu News365.az-a açıqlamasında deyib.

"Ağdam yenidən qurulur və Qarabağın ən böyük şəhərlərindən birinə çevriləcək. Bu işlərdə mən də əlimi daşın altına qoymaq istəyirəm. İlk növbədə yerli əhalinin problemlərini dinləmək istəyirəm. Yerli əhali əsasən kənd təsərrüfatında çalışır, məhsullarının satışı ilə bağlı problemlər var. Millət vəkili seçiləcəyim təqdirdə həmin problemlər və onların həlli yollarını diqqətdə saxlayacam. Ağdamın şəhid ailələri və qazilərin nümayəndələri ilə görüşəcəm, onların fikir və təkliflərini öyrənəcəm. Çünki ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişiksə, buna görə dövlət başçısına, şanlı ordumuza və döyüşlərdə şəhid və qazi olanlara borcluyuq"-deyə qeyd edib.

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla