AZ

Ərazimizdə işləyən erməni polkovnikə elə bir şey vəd edilib ki…

Ermənistan hakimiyyəti 3-cü ordu korpusunun komandiri polkovnik Aleksandr Tsakanyana Qazaxın kəndlərinin minalardan təmizlənməsi müqabilində general rütbəsi vəd edib.

Turkustan.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.

Nəşrin məlumatına görə, Tavuş bölgəsindəki hərbi hissənin bəzi zabitləri demarkasiya prosesi çərçivəsində kəndlərin təhvil verilməsi üçün hazırlıq işlərində iştirakdan imtina ediblər. Nəticədə Müdafiə Nazirliyinin rəhbərliyi digər bölmələrin hərbçilərini prosesə cəlb etməli olub.

Hətta Tavuşda yerləşən 3-cü ordu korpusunun komandiri polkovnik Aleksandr Tsakanyana kəndlərin təhvil-təslim və minalardan təmizlənməsi prosesi uğurla başa çatdıqdan sonra general rütbəsinin verilməsi vəd edilib.

Qeyd edək ki, A.Tsakanyan Qazaxın 4 kəndinin Azərbaycana təhvil veriləcəyi açıqlandığı zaman prosesdə iştirak etməyəcəyini bildirmişdi./Globalinfo.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
3
Mənbələr
Şərh ()
Bağla