AZ

Ronaldu keçmiş komanda yoldaşı ilə oynaya bilər

"Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiro Səudiyyə Ərəbistanı klubuna keçə bilər.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı futbolçunun nümayəndələri Kazemironun "Mançester Yunayted" və "Real"dakı keçmiş komanda yoldaşı Kriştianu Ronaldunun oynadığı "Əl-Nəsr"la danışıqlar aparır.

"Əl-Nəsr" mankunianlılara Kazemironun transferi üçün 40 milyon funt-sterlinq, futbolçunun özünə isə 3 illik müqavilə təklif etmək niyyətindədir.

Braziliyalı yarımmüdafiəçinin "qırmızı şeytanlar"la müqaviləsi 2026-cı ildə başa çatır. Bu mövsüm o, İngiltərə klubunun heyətində bütün turnirlərdə 29 oyun keçirib, 5 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
1
Mənbələr
Şərh ()
Bağla