AZ

“Ermənistanın planının nə olduğu aydın görünür”

“Ermənistanın

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda keçirilən görüşü nəticədən asılı olmayaraq ikitərəfli formatın fərqli formada reallaşmasıdır. Və bundan sonra Bakı-İrəvan danışıqlarında iştirak etmək istəyən tərəflərin “vasitəçi” yox, platforma olması yönündə presedent yarana bilər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. O, bildirib ki,
görüşün məhz Almatı şəhərində keçirilməsi isə maraqlı detaldır: “Şəhər seçiminin Qazaxıstanın təklifi olduğu deyilir, lakin, Ermənistanın Alma-Ata bəyannaməsində israrlı mövqeyi fonunda bu seçim diqqətdən yayınmır. Və “Alma-Ata bəyannaməsini Almatı görüşündə yenidən sənədləşdirməkmi istəyirlər” sualını ön plana çıxarır.
Ermənistanın planının bu olduğu aydın görünür. Ararat Mirzoyan da macarıstanlı həmkarı ilə görüşdə bildirib ki, “Almatı danışıqları zamanı Azərbaycanla öhdəliklərimizi müzakirə etmək və onları yazılı şəkildə təsbit etmək imkanının olacağına inanırıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
Mənbələr
Şərh ()
Bağla