AZ

"Apardıq, fikirləşdik ki, on dəqiqəyə 1:0 öndə olsaq, ona bir az oynamağa icazə verərik"

“Roma”nın baş məşqçisi Daniele De Rossi hücumçu Paulo Dibalanın səhhəti barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ciddi zədədən qaçdıqlarını söyləyib:

“O, “Bayer”lə ikinci yarımfinal oyununa həqiqətən hazır idi. Oynamadığı halda hələ də paltardəyişmə otağında buz terapiyası alırdı.

Dünən 10 dəqiqəlik məşqdən sonra özünü yenidən pis hiss edib. Ciddi zədədən qaçdıq. Biz onu Leverkuzenə apardıq, fikirləşdik ki, on dəqiqəyə 1:0 öndə olsaq, ona bir az oynamaq üçün icazə verərik.

Ancaq oyun başqa cür oldu. Mən yəqin ki, əlavə vaxta qədər gözləyərdim ki, o, çox oynamasın”.

Dibalaya əzələ yorğunluğu diaqnozu qoyulub.

“Roma” “Bayer”ə uduzaraq (0:2, 2:2), Avropa Liqasında mübarizəni dayandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla