AZ

UEFA həftənin oyunçusu adına 6 namizədi açıqladı

UEFA bu həftə baş tutan avrokubokların yarımfinal oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını təqdim edib.

Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 2 namizəd var.

Çempionlar Liqasında namizədlər bunlardır: Mats Hummels (“Borussiya”, Dortmund, Almaniya) və Vinisius Junior (“Real”, İspaniya).

Mats Hummels Fransa nəhəngi PSJ-yə səfərdə 1:0 hesabıyla qalib gəldikləri cavab oyununda qələbə qolunun müəllifi olub.

Vinisius Junior isə Almaniya nəhəngi “Bayern”lə ev oyununda komandasının qələbəsinə məhsuldar ötürmə ilə töhfə verib. Braziliyalı vinger həm də bu oyunda 32,2 km məsafə qət etməsi ilə diqqət mərkəzinə düşüb.

Maraq üçün xatırladaq ki, Vinisius Juniorla Mats Hummels yarımfinalın ilk oyunlarından sonra da həftənin ən yaxşı oyunçusu adına namizəd olmuşdular. Yekunda səsvermə nəticəsində braziliyalı futbolçu ən yaxşı seçilmişdi. Amma böyük ehtimalla bu həftənin qalibi Hummels olacaq.

Avropa Liqasında həftənin ən yaxşısı adına namizədlər bunlardır: Ademola Lukman (“Atalanta”, İtaliya) və Mile Svilar (“Roma”, İtaliya).

Ademola Lukman Marsel “Olimpik”i (Fransa) ilə ev oyunundakı 3:0 hesablı qələbədə 1 qol və 1 assistlə yadda qalıb.

Mile Svilar isə səfərdə Almaniyanın “Bayer” komandası ilə 2:2 hesablı heç-heçəyə razılaşdıqları görüşdə 12 seyvlə diqqət mərkəzinə düşüb.

Avropa Konfrans Liqasında da həftənin ən yaxşı oyunçusu adına bunlar namizədlər məlumdur. Bunlar Kristian Kuame (“Fiorentina”, İtaliya) və Ayub Əl-Kaabidir (“Olimpiakos”, Yunanıstan).

Kristian Kuame səfərdə Belçika “Brügge”si ilə heç-heçəyə razılaşdıqları (1:1) oyunda sərgilədiyi performansla iki namizəddən biri olub.

Ayub Əl-Kaabi isə İngiltərə təmsilçisi “Aston Villa”nı 2:0 hesabıyla məğlub etdikləri ev oyununda dubla imza atıb.

Qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermənin yekununa əsasən müəyyənləşəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq