AZ

İran hökuməti Nizami Gəncəvini farslaşdırmağa çalışır - FOTO

İran hökuməti Nizami Gəncəvini farslaşdırmaq üçün saxtakarlığa davam edir.

Ednews - un məlumatına görə artıq bir neçə vaxtdır ki, dahi Azərbaycan şairi Nizami Gəncəvi şərəf məsələsinə çevrilib. Nizami Gəncəvinin saxtakarlıq yolu ilə farslaşdırılması cəhdləri İranın dövlət rəsmiləri arasında və Qarabağ müharibəsindən sonra daha da artıb.

Belə ki, sosial şəbəkələrdə yayılan görüntülərə görə bu yaxınlarda isə İran hökuməti Nizami Gəncəvinin bir şeirinə istinad edərək, Tad kəndini sairin doğulduğu yer kimi qələmə vermək istəyirdi. Guya İranın Tad kəndində UNESCO tərəfindən Gəncəvinin “ata evinə” lövhə qoyulub. 

Bildirilib ki, üç il öncə İlham Əliyev Azərbaycanda 2021-ci ili Nizami Gəncəvi ili elan edib. O, vaxtdan bu, iki ölkənin mədəniyyət qurumları arasında gərgin mübahisəyə çevrilib.

Qeyd edək ki, Nizami Gəncəvinin fars olması fikri yanlışdır. Onun yaşadığı dövrün şərtləri və hökmdarların göstərişi ilə fars dilində şeirlər qələmə alması onun türk olmadığını göstərmir. Misal üçün, Nizami öz əsərlərində Gəncə şəhərindən olduğunu vurğulayır. Şair deyib: Gəncə mənim Harutu yandıran Babilimdir”. Yəni Gəncə şəhəri bədxahlığı, nəfsi rəzalətləri yandıran müqəddəs bir məkandır. İndi farspərəstlər desinlər şair hansı fars şəhəri haqqında bu cür yüksək fikir səsləndirib?

Ancaq Nizaminin əsərlərində "türk qoxusu" dərindən hiss olunur. Bunu əsaslandırsaq, "Xosrov və Şirin" poemasında Məhunbanunun Şirinə fars hökmdarı Keyxosrovu işarə edərək dediyi bu sözlər sanki Nizaminin öz dili ilə səslənir:

"O aydırsa, biz afitabıq, O Keyxosrovdursa, biz Əfrasiyabıq".

Tərcüməsinə baxsaq, Azərbaycan türkcəsində belə səslənir: "O aydırsa, biz günəşik, O farsdırsa, biz türkük. Bildiyimiz kimi, Əfrasiyablar məşhur türk tayfalarından birinin adıdır. 

Əkbər Novruz



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla