AZ

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

RF

Moskva, 10 may, AZƏRTAC

Rusiya Federasiyasının Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Mixail Mişustinin ölkə hökumətinin sədri vəzifəsinə təyin edilməsi ilə bağlı təqdimat göndərib.

Hökumət sədrinin namizədliyinin müzakirəsi parlamentin bütün fraksiyalarında aparılacaq və Moskva vaxtı ilə saat 14:00-da Dövlət Dumasının bu məsələ ilə bağlı plenar iclası başlayacaq.

Mixail Mişustin 2020-ci ilin yanvar ayında Dmitri Medvedevin istefasından sonra RF Hökumətinin sədri vəzifəsinə təyin edilib. Yenidən Prezident seçilən Vladimir Putinin inauqurasiyasından sonra onun rəhbərlik etdiyi kabinet mayın 7-də tam tərkibdə istefa verib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
2
Mənbələr
Şərh ()
Bağla