AZ

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

Ermənistan

Bakı, 10 may, AZƏRTAC

Ermənistan müxalifəti ölkənin hazırkı hökumət başçısı Nikol Paşinyana qarşı impiçment prosesi başlayacağı təqdirdə baş nazir postuna namizədlə bağlı hələlik qərar verməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə “Vətən naminə Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan deyib. Onun sözlərinə görə, namizədlə bağlı müzakirələr gedir. Namizəd indiki siyasi qüvvələrdən olmaya da bilər. İmpiçment prosesini başa çatdırmaq və məsələni parlamentin gündəliyinə daxil etmək uçun daha bir deputatın imzası lazımdır.

Hazırda İrəvanda vətəndaş itaətsizliyi aksiyası davam edir. Bir sıra küçələr və paytaxta giriş yolları bağlanıb. Aksiyaya müxtəlif universitetlərin, o cümlədən İrəvan Dövlət Universitetinin tələbələri də qoşulmağa başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
3
Mənbələr
Şərh ()
Bağla