AZ

İsrail neçə əsgərinin öldüyünü açıqladı

İsrail Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bəri 711 təhlükəsizlik əməkdaşının öldüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyindən edilən yazılı açıqlamada, 637-si ordu əsgəri, 68-i polis və 6-sı Daxili Təhlükəsizlik Təşkilatı Şin-Bet (Şabak) olmaqla, 711 İsrail təhlükəsizlik işçisinin həlak olduğu bildirilib.

Açıqlamada Qəzzaya hücumlardan sonra 248 qadının dul, 520 uşağın isə yetim qaldığı bildirilib.

İsrail ordusu açıqlamasında Qəzza zolağına qarşı hücumların başladığı 7 oktyabrdan bu yana 615 əsgərin öldüyünü açıqlayıb.

İsrail Müdafiə Nazirliyi elan etdiyi rəqəmlərlə İsrail ordusunun saytında dərc olunan rəqəmlər arasındakı fərqin səbəbini açıqlamayıb.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla