AZ

Fransa Azərbaycana qarşı “killer”ini işə salır – Bakını nə gözləyir?

Son vaxtlar Rusiya-Ukrayna müharibəsinin genişlənməsi, xüsusən Fransa qoşunlarının münaqişəyə cəlb edilməsi haqqında müzakirələr yeni irimiqyaslı savaşın başlayacağı haqda fikirlərin səsləndirilməsinə səbəb olub. Kreml rəsmi Parisin sözügedən addımı atacağı halda Fransanın da hədəf ola biləcəyini bəyan edib.

Bu halda Rusiya və Fransa arasında gərginlik Azərbaycana necə təsir edər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, Rusiya və Fransa arasındakı qarşıdurmadan Azərbaycan kifayət qədər faydalı nəticələr əldə edə bilər:

“Fransa şirkətlərinin 2020-ci ilə qədər Azərbaycana qoyduğu investisiyanın dəyəri 2,5 milyard dollardan çox idi. Bunun 2 milyard dolları neft sektoruna qoyulub. Azərbaycan və Fransa arasındakı nəqliyyat, enerji, ticarət, kənd təsərrüfatı ilə bağlı sahələrdə 50-dən çox şirkət ölkəmizdə fəaliyyət göstərib. Cənubi Qafqazdakı fransız şirkətlərinin payının təxminən 62 faizi Azərbaycanın üzərinə düşür. Ölkəmizin Fransaya ixracı 2023-cü ilin birinci yarısında 57 dəfə artıb. İndi Fransız şirkətləri Azərbaycanı boykot edir, yoxsa iqtisadi şantajla məşğuldur? Ya Azərbaycandakı iqtisadi dayaqlardan imtina etmək niyyətindədir? Bunlardan hələlik heç biri müşahidə edilmir, amma Paris “iqtisadi killer” potensialından istifadə edərsə, yerini Rusiya şirkətlərinin tutması mümkündür”.

Siyasi şərhçinin fikrincə, Fransa və Rusiya Cənubi Qafqaz üzərində savaşır:

“Rusiya-Fransa qarşıdurması Avropa Birliyi kontekstində rəsmi Parisin mövqeyini zəiflədir. Bununla da Aİ tərkibində başqa, Almaniya kimi əməkdaşlıq alternativləri meydana çıxır. Digər tərəfdən, Azərbaycan Cənubi Qafqazda və dünyada Fransanın neokolonializm siyasətinə qarşı təşəbbüsün rəhbərinə çevrilib”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla